Salyanda orta əsrlərə aid məişət əşyaları TAPILIB

Salyanda orta əsrlərə aid məişət əşyaları TAPILIB

Hazırda oxunan: Salyanda orta əsrlərə aid məişət əşyaları TAPILIB

149590

Salyan rayonunda orta əsrlərə aid divar qalığı və məişət əşyaları tapılıb.

Bizim.Media xəbər verir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən rayonda qeydə alınmış abidələrin monitorinqi aparılıb.

Bu zaman qədim yaşayış məskəni olan Qırxçıraq kəndində divar qalığı aşkar edilib.

İnstitutun “Arxeoloji abidələrin toplusu” şöbəsinin müdiri Mikayıl Mustafayevin sözlərinə görə, Qırxçıraq ərazisində divar qalığı ilə yanaşı, şirli-şirsiz saxsı qablar, müxtəlif ölçülü çıraqlar və digər maddi-mədəniyyət nümunələri də aşkar olunub.

Bu ərazinin tarixinin isə XII-XVI əsrlərə aid olduğu bildirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO