“Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tvitterdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın səsləndirdiyi fikirlərə cavab olaraq yazıb.
O bildirib ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və kütləvi etnik təmizləmə nəticəsində yaranan azadlıq müharibəsi idi.
“28 il ərzində Ermənistan danışıqlardan imtina etdi, bütün sülh təkliflərini rədd etdi, hətta “Qarabağ Ermənistandır” iddiası ilə çıxış etdi və Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələdi”, - XİN sözçüsü əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:09 / 04.08.2023
"Azərbaycanın fəaliyyəti BMT Nizamnaməsinə əsaslanır" - XİN
Hazırda oxunan: "Azərbaycanın fəaliyyəti BMT Nizamnaməsinə əsaslanır" - XİN
Hazırda oxunan: "Azərbaycanın fəaliyyəti BMT Nizamnaməsinə əsaslanır" - XİN
149414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.