Təhsil naziri sualları cavablandıracaq - Bu tarixdə - FOTO

Təhsil naziri sualları cavablandıracaq - Bu tarixdə - FOTO

Hazırda oxunan: Təhsil naziri sualları cavablandıracaq - Bu tarixdə - FOTO

14936

Təhsil naziri Emin Əmrullayev martın 18-i saat 16:00-da feysbuk səhifəsində keçirəcəyi canlı yayımda ona ünvanlanan sualları cavablandıracaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı təhsil naziri feysbuk hesabında paylaşım edib.

“Canlı yayımda təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirdiyimiz sorğunun nəticələri ilə yanaşı, mövzuya dair sizi maraqlandıran digər sualları da cavablandıracağam.

Keçirilən sorğu çərçivəsində ümumilikdə 9 minədək rəy qəbul olunub və sorğu hələ də davam edir.

Sorğuda iştirak etmək üçün müvafiq keçid linkindən istifadə edə bilərsiniz”,- deyə E. Əmrullayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO