Paşinyan yenə öz günahını başqasının boynuna yıxır

Paşinyan yenə öz günahını başqasının boynuna yıxır

Hazırda oxunan: Paşinyan yenə öz günahını başqasının boynuna yıxır

149347

"Paşinyan yenə də öz günahını başqasının boynuna yıxır. Şıltaqcasına ayağını yerə vuraraq rus sülhməramlılarından "işə qarışmağı", Qarabağdakı etnik erməniləri müdafiə etməyi, Laçın yolundakı "blokada"nın aradan qaldırılmasını tələb edir".  

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında erməni bloger, Paşinyanın qatı düşməni Mika Badalyan yazıb.  

"Sadəcə bir şeyi unutmayaq: ölkə başçısı Rusiya hərbçiləri deyil, Paşinyandır. Birincisi, Qarabağı Azərbaycanın bir hissəsi kimi Paşinyan tanıyıb. Nə Rusiya, nə də başqası bunu edib. İkincisi, Rusiya ilə onsuz da çətin olan münasibətləri “həddən artıq qızışdırmaq" nə Ermənistanın, nə də qondarma rejimin maraqlarına uyğun deyil.  
Nikol isə Rusiya Xarici İşlər Nazirliyinin xəbərdarlıqlarını eşitməzliyə vurur. Yəqin, bu, onun maraqlarına uyğundur. Hansı nəticəyə gəlmək olar? Bu barədə dəfələrlə deyilib. Paşinyan Qərb kuklalarının maraqlarından çıxış edir və qondarma rejim onun vecinə deyil. Sülhməramlılar ətrafında isterikanı qızışdırmaq və Rusiya Federasiyasını Qafqazdan “sıxışdırıb çıxartmaq” onun planının yalnız bir hissəsidir", - deyə o, qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO