Xalq artisti Gülyanaq Məmmədova Azərbaycanda keçirilən Özbəkistanın mədəniyyət günlərində iştirak edib.
Bizim.Media xəbər verir ki, Özbəkistandan gələn nümayəndə heyəti üçün verilən ziyafətdə sənətçi bu ölkənin mədəniyyət naziri Ozodbek Nazarbekovla duet ifa edib.
Həmin anları isə O.Nazarbekov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, G.Məmmədova Azərbaycanla yanaşı həmçinin Özbəkistanın Xalq artistidir.
Rəşad Əliyev, Bizim.Media