"Toppuş bacı"nın əri: "Onun kim olduğunu nişanladıqdan sonra bildim" - FOTO  

Hazırda oxunan: "Toppuş bacı"nın əri: "Onun kim olduğunu nişanladıqdan sonra bildim" - FOTO  

149212

"Hər zaman sənətini çox öndə tuturdu. Biz əvvəl tanış olduğumuz zaman mənə bir söz demişdi, "Sənətim sənə maneə edər?" Nişanlandıqdan sonra Tünzalə Əliyevanın kim olduğu bildim".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.  

Aktrisanın əri bildirib ki, Tünzalə oynadığı rollarını izləyib, səhflərini axtarıb:

"Rəbbim şahidimdir ki, mən o günə kimi Tünzalənin belə adlı-şanlı olmasını bilmirdim. Çünki televizora baxan deyildim. Amma onu "Toppuş bacı" kimi tanıyırdım. Ailə qurduq və mənə dedi ki, “bircə sən desən sənətdən get o zamam gedərəm. Yoxsa əsla sənətimi tərk etmərəm”. Daim oynadığı tamaşalardan, çəkildiyi seriallardan, filmlərdən danışırdı.  

Oynadığı rolları izləyir və öz səhvlərini axtarırdı. Tünzalə səsi batdığı gün mənə söylədi ki, “səhnəsiz ne edəcəyəm, ölərəm səhnəsiz”. Mən isə ona "Düzələcək səsin, narahat olma" deyirdim. "Səs və qulaq qüsurlu insanlar üçün səhnə quracağam" dedi və bu dünyada ömrü çatmadı ki, düşüncələrini reallaşdırsın".  
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.     




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO