Zaxarovadan Paşinyana CAVAB: “Qeyri-müəyyən mövqedən çıxış edir” - VİDEO

Zaxarovadan Paşinyana CAVAB: “Qeyri-müəyyən mövqedən çıxış edir” - VİDEO

Hazırda oxunan: Zaxarovadan Paşinyana CAVAB: “Qeyri-müəyyən mövqedən çıxış edir” - VİDEO

149141

“Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı arqumentlər tamamilə anlaşılmazdır, xüsusən də indiki son dərəcə çətin humanitar vəziyyət fonunda”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib. 

“Sülhməramlıların mühüm funksiyaları yerinə yetirdiyi hamıya məlumdur. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər?”. 
Ermənistan rəhbərliyi bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir, lakin mən istərdim ki, bu məsələdə qeyri-müəyyənlik olmasın. Və hər şeyi sorğulamaq cəhdləri böyük suallar doğurur. Və ümumiyyətlə, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiya Federasiyasına qarşı səylərin olmaması ilə bağlı hər hansı iddiaları yersiz görünür” – Zaxarova qeyd edib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO