Qanuna dəyişikliklə bağlı moped sürücüləri maarifləndirilirlər

Qanuna dəyişikliklə bağlı moped sürücüləri maarifləndirilirlər

Hazırda oxunan: Qanuna dəyişikliklə bağlı moped sürücüləri maarifləndirilirlər

149029

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş əlavə dəyişikliyə əsasən, 2023-cü ilin 1 avqust tarixindən hərəkət surəti 50 km/saat-dan yuxarı olan mopedlərin qeydiyyatına alınması və sürücülük hüququ, yəni A1 kateqoriyasının tələb olunması anlayışları qanuni tələb kimi formalaşıb 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib ki, hazırda bu tip nəqliyyat vasitələrini idarə edənlər arasında təbliğat maarifləndirmə işi aparılır, qanunvericiliyin tələbləri izah edilir: 

“Bakı şəhərində aparılan işlərin əsas məqsədi moped sürücülərini maarifləndirməkdir və onlara lazımi köməkliyin göstərilməsi, hüquqlarının qanunvericiliyə uyğun tənzimlənməsidir.

İnzibati tədbirlərdən daha çox üstünlük ona verilir ki, həmin nəqliyyat vasitələri qeydiyyata qoyulmaqla, onlar mopedləri idarə etmək hüququ yaradan sürücülük vəsiqələri ilə təmin olunsunlar. Bunlarla bağlı hazırda onlara zəruri köməkliklər göstərilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO