Ağdamın kəndləri işıqlandırılır -

Ağdamın kəndləri işıqlandırılır - "Azərişıq"dan VİDEO PAYLAŞIM

Hazırda oxunan: Ağdamın kəndləri işıqlandırılır - "Azərişıq"dan VİDEO PAYLAŞIM

14891

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonun Əfətli kənd ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə start verilib.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, müharibə zamanı bu kəndlər erməni atəşinə məruz qalıb, elektrik enejisi təsərüffatına ciddi ziyan dəyib. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salıb.

İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal materal göndərilib.

1 200-ə qədər abunəçinin yaşadığı Hacıməmmədli, Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kv-luq Əfətli y/st-dan qidalanır.

Prezident İlham Əlyevin fərmanına uyğun olaraq işğaldan azad olunan Cəbrayı, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Aşdam rayonu ərazilərində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin edilib.

Suqovuşan qəsəbəsinə isə Tərtərdən yeni 35 kV-luq xəttin çəkiliş işləri davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO