Azərbaycanlı məşhur rejissor Türkiyədə vəfat etdi - FOTO

Azərbaycanlı məşhur rejissor Türkiyədə vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanlı məşhur rejissor Türkiyədə vəfat etdi - FOTO

148851

Türkiyədə yaşayan azərbaycanlı rejissor, Əməkdar incəsənət xadimi Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış aktrisa Məlahət Abbasova sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Başda müəlliməm Zəminə Hacıyeva olmaqla bütün sevənlərinə başsağlığı verirəm. Məkanınız cənnət olsun. Həm Azərbaycanda, həm də Türkiyədə yetişdirdiyiniz tələbələriniz sizi heç vaxt unutmayacaq”, - deyib. 
Qeyd edək ki,Xalq artisti Rauf Hacıyevin oğlu olan F.Hacıyev Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı Türkiyədə bir çox təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərib. Rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO