Deputat Şahin Seyidzadə Qobustan rayon Xilmilli kəndində olan “Molokan ruhani-xristian” dini icması görüşüb.
Bizim.Media-yaxəbər verir ki, millət vəkili bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Qobustan rayonunda yaşayan "Molokan ruhani-xristian" dini icmasının nümayəndələri ilə səmimi görüşümüz baş tutdu.
2000-ə yaxın əhalisi olan Xilmilli (Hilmilli) kəndində yaşayan "Molokan ruhani-xristian" dini icmasının üzvləri özünəməxsus adət-ənənələri, qonaqpərvərliyi və səmimiliyi ilə seçilir. 30-a yaxın üzvü olan icma özlərinə məxsus ibadət evində toplaşaraq, öz dini ritualları və bayramlarını keçirirlər.
Dini icmanın rəhbəri Tsapleva Yekatrina Nikolayevna, din xadimi Raxmanin Fyodr Fyodoroviç və icma üzvləri ilə görüşümüz zamanı əhəmiyyət kəsb edən mövzulara toxunuldu.
Molokan icmasına, dövlətin bu sahəyə olan diqqət və qayğısı Prezident İlham Əliyevin çıxışları zamanı qeyd etdiyi “Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya tolerantlıq və birgəyaşayış nümunəsini təqdim edirik” ifadələrində öz əksini tapır”- deyə o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:42 / 16.03.2021
Millət vəkili molokanların qonaqpərvərliyindən yazdı - FOTO
Hazırda oxunan: Millət vəkili molokanların qonaqpərvərliyindən yazdı - FOTO
Hazırda oxunan: Millət vəkili molokanların qonaqpərvərliyindən yazdı - FOTO
14885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.