Daşınmaz əmlakla bağlı xidmət tariflərində YENİLİK 

Daşınmaz əmlakla bağlı xidmət tariflərində YENİLİK 

Hazırda oxunan: Daşınmaz əmlakla bağlı xidmət tariflərində YENİLİK 

148838

Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə bu gün qəbul etdiyi qərara əsasən, Azərbaycanda bu sahədə tariflərin sayı 79-dan 60-a endirilib. 

Bizim.Media xəbər verir ki, xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. 

Qanunvericiliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə 14 tarif müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, 29 tarif tətbiq olunmadığı üçün ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO