Mutunun mətbuat konfransının VAXTI AÇIQLANDI 

Mutunun mətbuat konfransının VAXTI AÇIQLANDI 

Hazırda oxunan: Mutunun mətbuat konfransının VAXTI AÇIQLANDI 

148785

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 3-də saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Jelezniçar”la cavab oyunundan əvvəl “Neftçi”nin baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, tədbir avqustun 2-si saat 18:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək.  

Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 19:30-da “Jelezniçar”in baş məşqçisi Nermin Başiç və futbolçu Edin Rustemoviçin iştirakı ilə mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.  
Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO