DYP-dən müraciət: Sabahdan cərimələr başlayır

DYP-dən müraciət: Sabahdan cərimələr başlayır

Hazırda oxunan: DYP-dən müraciət: Sabahdan cərimələr başlayır

148777

Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsi moped sürücülərinə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Milli Məclis “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir.

Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq.
Eyni zamanda konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq. Bir daha sürücülərdən mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etmələri xahiş olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO