Bu gün böyük dramaturq Cəfər Cabbarlının xatirəsi anadan olduğu Xızıda böyük hörmət və ehtiramla anılıb. Ölməz ədibin Xızıdakı ev muzeyində "Cəfər Cabbarlı günü" keçirilib.
Bizim.Media-ya bu məlumatı muzeyin direktoru Həcər Rəsulova verib.
Onun sözlərinə görə, hər il iyul ayında Bakıda baş tutan C.Cabbarlı günlərinin bir günü də Xızıda keçirilir.
Tədbirdə C.Cabbarlının Bakı və Xızıdakı ev muzeylərinin rəhbərləri və əməkdaşları , cəfərsevərlər, ziyalılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
İştirakçılar əvvəlcə Cabbarlının Xızı şəhərindəki abidəsini ziyarət edib, xatirəsini hörmətlə anıblar. Daha sonra C.Cabbarlı muzeyində böyük dramaturqun yaradıcılığını əks etdirən sərgiyə baxış keçirib. Tədbiri giriş sözü ilə C.Cabbarlının Bakıdakı ev muzeyinin direktoru Qəmər Bağırova açıb, qonaqları Cabbarlı ocağında salamlayıb.
C.Cabbarlı yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Dövlət İdarəçilik Akademiyasının dosenti Fərqanə Zülfüqarova, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının şöbə müdiri Tamella Məmmədova çıxışlarında dahi Cabbarlı yaradıcılığından danışıblar. Cabbarlının əsərlərindən parçalar səsləndirilib.
Sonda Cabbarlı işığına yığışanlar dağlıların milli "Tutmac" yeməyinə qonaq edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Mədəniyyət
20:13 / 30.07.2023
Cəfər Cabbarlı doğulduğu Xızıda anıldı - FOTO
Hazırda oxunan: Cəfər Cabbarlı doğulduğu Xızıda anıldı - FOTO
Hazırda oxunan: Cəfər Cabbarlı doğulduğu Xızıda anıldı - FOTO
148675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.