Rusiya son gün ərzində Ukraynada 480 hərbçi itirib

Rusiya son gün ərzində Ukraynada 480 hərbçi itirib

Hazırda oxunan: Rusiya son gün ərzində Ukraynada 480 hərbçi itirib

148603

“Ukrayna ordusu ötən gün ərzində Rusiya ordusunun daha 480 hərbçisini məhv edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook hesabında yazıb.

Qeyd edilib ki, müharibənin başlanğıcından bu günə kimi Rusiya təxminən 245 700 canlı qüvvəsini itirib.

Məlumata görə, müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə kimi Rusiya ordusunun ümumi döyüş itkiləri belədir: şəxsi heyət - təxminən 245 700 nəfər; tanklar – 4 205 ( son gündə daha 14 tank) ədəd; zirehli döyüş maşınları – 8 178 (+11) ədəd; artilleriya sistemləri – 4 795 (+9) ədəd; MLRS (reaktiv yaylım atəş sistemləri) - 698 (+0) ədəd; hava hücumundan müdafiə sistemləri - 459 (+1) ədəd; təyyarə - 315 ədəd; helikopterlər - 311 ədəd; PUA-lar - 4011 (+4) ədəd; qanadlı raketlər – 1 347 ədəd.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO