Kürdəmirdə ağır qəza: 2 nəfər öldü - FOTO

Kürdəmirdə ağır qəza: 2 nəfər öldü - FOTO

Hazırda oxunan: Kürdəmirdə ağır qəza: 2 nəfər öldü - FOTO

148594

Kürdəmirdə baş verən dəhşətli ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, içərisi meyvə ilə dolu olan “FORD TRANZİT” markalı yük maşınının sürücüsü 21 yaşlı Qarayev Anar Seyfulla oğlu Bakı istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən Ağdam sakini Əmirov Sadiq Yəhya oğlunun idarə etdiyi və mişar daşı ilə dolu olan “KAMAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “FORD” markalı yük maşınının sürücüsü Anar Qarayev və onun sərnişini Hacıyev Eldar Müslüm oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.

Yük maşınında sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinin meyitləri Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Qəza -Xilasetmə dəstəsinin əməkdaşları  tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə zamanı yola dağılan meyvələr səbəbindən Bakı-Qazax yolunda avtomobillərin gediş-gəlişində çətinlik yaranıb.

Faktla bağlı araşdırma aparılır.
 

 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO