Borrel: “Aİ Nigerdə üsyan nəticəsində yaradılmış yeni hökuməti tanımır”

Borrel: “Aİ Nigerdə üsyan nəticəsində yaradılmış yeni hökuməti tanımır”

Hazırda oxunan: Borrel: “Aİ Nigerdə üsyan nəticəsində yaradılmış yeni hökuməti tanımır”

148564

“Avropa İttifaqı Nigerdə çevriliş nəticəsində formalaşmış hakimiyyəti tanımır və tanımayacaq. Konstitusiya quruluşu bərpa edilməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrel özünün “Twitter” hesabında bildirib. 

“Nigerin respublika qurumlarının bütövlüyünə qarşı edilən bu qəbuledilməz hücum Aİ ilə Niger arasında bütün müxtəlif aspektlər üzrə tərəfdaşlıq və əməkdaşlıq məsələlərinə təsirsiz ötüşməyəcək. Bu baxımdan büdcə dəstəyinin dərhal dayandırılması ilə yanaşı bütün təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq fəaliyyətləri də dərhal qüvvəyə minməklə qeyri-müəyyən müddətə dayandırılır”, - deyə Borrel qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO