İdmançımız Avropa birinciliyində qızıl medal QAZANDI - FOTO 

İdmançımız Avropa birinciliyində qızıl medal QAZANDI - FOTO 

Hazırda oxunan: İdmançımız Avropa birinciliyində qızıl medal QAZANDI - FOTO 

148533

26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.  

Bizim.Media xəbər verir kimi, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.
 

MÖVZU İLƏ BAĞLI:

Cüdoçularımız Olimpiya Festivalında 9 medal QAZANDI - FOTO


Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar. Bu gün onlardan Ömər Cavadov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.  

Atletimiz birdən qaldırma hərəkətində 152 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

Cavadov təkana qaldırma hərəkətində 165 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub. Toplam 317 kq (152+165) nəticə göstərən Ömər yekun sıralamada da 4-cü yeri tutub. 






Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO