Son on ildə mənzil qiymətləri 2 dəfə ARTIB – Bahalaşma DAVAM EDƏCƏK

Son on ildə mənzil qiymətləri 2 dəfə ARTIB – Bahalaşma DAVAM EDƏCƏK

Hazırda oxunan: Son on ildə mənzil qiymətləri 2 dəfə ARTIB – Bahalaşma DAVAM EDƏCƏK

148526

Son aylar qlobal daşınmaz əmlak bazarında artım tendensiyası yüksələn xətlə davam etməkdədir. 

“2023-cü ilin Qlobal Əmlak Bazarı Hesabatı: Əmtəə qiymətlərinin bərpası artımı gücləndirir” (Global Real Estate Market Report 2023: Recovering Commodity Prices Bolsters Growth) adlı hesabatda göstərilir ki, əmlak qiymətləri 2022-ci ildəki 3 trilyon 694,47 milyard dollardan 2023-cü ildə 3 trilyon 976,18 milyard dollara qədər artıb.

Bu isə illik 7,6% artım deməkdir. Bununla yanaşı, daşınmaz əmlak bazarının dəyərinin 2027-ci ildə 7,0% artımla 5 trilyon 209,84 milyard dollara çatacağı gözlənilir.

Beynəlxalq “statista.com” saytında isə dünya daşınmaz əmlak bazarının dünya miqyasında dəyərinin 2022-ci ilə qədər 489,3 trilyon ABŞ dolları təşkil etdiyi, bunun da dünya üzrə daşınmaz əmlak dəyərinin 81,38%-ni təşkil etdiyi əks olunub, Sənəddə bu dəyərin 2028-ci ilə qədər sabit sürətlə böyüməyə davam edəcəyi və 595,9 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. 

Bu saytda dərc olunan “CAGR 2023-2028” hesabatda, 2023-cü ilin sonuna qədər dünya üzrə daşınmaz əmlak bazarının dəyərinin 613 trilyon 60 milyard dollara çatacağı proqnozlaşdırılır. 

Beynəlxalq “grandviewresearch.com” saytında isə qlobal daşınmaz əmlak bazarının həcmi 2021-ci ildə 3,69 trilyon ABŞ dolları dəyərində qiymətləndirilib. 2022-ci ildən etibarən davam edən artım 2030-cu ilə qədər illik 5,2%-lik yüksəliş tempini qoruyacaq.  

Bəs Azərbaycanda vəziyyət necədir? Daşınmaz əmlak bazarında artım tempi hansı səviyyədədir?

Mövzu ilə bağlı Ramil Qasımzadə Bizim.Media-ya açıqlamasında ölkəmizdə bir il ərzində daşınmaz əmlakların qeydiyyatının statistikasına diqqət çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət xətti ilə ipotekaya TƏLƏB ARTIR – Bəs, əlçatanlığa mane olan NƏDİR?


“Son bir ildə illik qeydiyyatın sayı təxminən 100 minə çatır, təkrar qeydiyyatın sayı isə iki dəfə çoxdur. Bu ilin 6 ayı ərzində ilkin qediyyatın sayı təxminən 40-50 min arasında təşkil edib. Buraya təkcə yaşayış sahələri deyil, həm də qeyri-yaşayış, torpaq və digərləri aid edilir”. 

Onun sözlərinə görə, ölkəmizdə qiymət artımı yaxın illərdə də davam edəcək:

“Biz bunu 1990-cı illərdən bu günə qədər müşahidə edirik. Hər il ən azı 10-20 faiz qiymət artımı baş verir. Bunun da ən azı 5-6 faizlik hissəsi inflyasiyanın göstəricisidir. Keçən il isə inflyasiya 12-13 faiz ətrafında idi.

Daşınmaz əmlak qiymətləri 2022-ci ildən bu günə qədər 20 faizə qədər bahalaşıb. Elə sahələr var ki, 10- 20 faiz arasında dəyişir. Əsasan də mənzillərdə və digər yaşayış sahələrində 20 faizə qədər bahalaşma müşahidə olunur”.

Son illərin statistikasına nəzər salan ekspert, Azərbaycanda torpaqların, yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinin hər il dayanmadan qalxdığını diqqətə çatdırıb:

“Müşahidələr göstərir ki, qiymətlər rəsmi inflyasiyadan da yüksəkdir ki, bu da təbii amillərlə bağlıdır. Xarici ölkələrin daşınmaz əmlak bazarı ilə müqayisə etsək, ölkəmizdə bahalaşmanın əsas səbəbi, yatırım imkanlarının geniş olması və əhalinin bu sahəyə daha çox meyl etməsi ilə əlaqədardır və bunlar qiymətlərin sürətlə qalxmasına səbəb olur. 

Xarici ölkələrdə qiymətli kağızlara yatırım edə bilirlər, ancaq bizdə bu bazarın inkişaf etməməsi nəticəsində vətəndaşlar kapitallarını ya banklarda əmanət şəklində yerləşdirir, ya da daşınmaz əmlaka qoyur.

Yəni, mənzil alaraq, kirayəyə verir və qazancını bu yolla əldə edir. Son 10 ilin statistikasına baxsaq, 2013-cü illə müqayisədə, bu il daşınmaz əmlakın qiymətlərində 100 faizə qədər artım olub.

2013-cü ildə 60 min manata olan mənzil hazırda 120-130 min manat dəyərindədir. 20 il əvvəllə müqayisə etdikdə isə görərik ki, 2003-cü ildə Neftçilər metrosu ətrafında 1 otaqlı mənzil 13 min manata satılırdısa, hazırda 70-75 min manat arasındadır”. 

R.Qasımzadə hesab edir ki, yaşayış və qeyri-yaşayış sahələrindən fərqli olaraq, torpaq artmayan əmlak olduğu üçün həmişə baha olub:

“Qiymətlərin artımı yaxın gələcəkdə də davam edəcək və bunun nəticəsində digər sahələrdə də artımlar baş verəcək. Onu da deyim ki, proses təkcə ölkəmizdə deyil, bütün ölkələrdə müşahidə olunur”. 

Müsahibimiz, qiymətlərin bahalaşmasına təsir edən digər amilin Rusiya-Ukrayna müharibəsi olduğunu qeyd edib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO