Tanınmış aparıcı efirdən getdi - FOTO

Tanınmış aparıcı efirdən getdi - FOTO

Hazırda oxunan: Tanınmış aparıcı efirdən getdi - FOTO

148517

Tanınmış aparıcı Ceyhun Səfər "Space TV” ilə yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ö, şəxsi feysbuk hesabında bildirib:

"Bir müddət "Space” TV-də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə "Space”dən ayrıldım.
Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni "Space”də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz!

Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. "Space” TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”, - deyə o, əlavə edib.

Qeyd edək ki, ATV-nin keçmiş xəbər aparıcısı Ceyhun Səfər bir müddət əvvəl “Azəriqaz” istehsalat Birliyinin mətbuat katibi vəzifəsində çalışmışdı. O, iki il əvvəl yenidən efirə qayıtmışdı. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO