Hörmüzdə GƏRGİNLİK ARTIR – ABŞ hərbi gəmiləri İrana doğru YOLA ÇIXDI

Hörmüzdə GƏRGİNLİK ARTIR – ABŞ hərbi gəmiləri İrana doğru YOLA ÇIXDI

Hazırda oxunan: Hörmüzdə GƏRGİNLİK ARTIR – ABŞ hərbi gəmiləri İrana doğru YOLA ÇIXDI

148487

ABŞ İrana qarşı yenidən hərəkətə keçib. Vaşinqton bu dəfə sanksiyalarla deyil, hərb yolu ilə sözünü demək istəyir. Mövzu isə İranın Hörmüz boğazındakı hökmranlığıdır. Bu boğaza nəzarət etməklə İran dünyanı davamlı iqtisadi təhdid altında saxlayır.

Bəs, Hörmüz boğazı niyə bu qədər önəmlidir?

Ona görə ki, Hörmüz boğazı Fars körfəzinin varlı ölkələrinin neft tankerləri və ticarət gəmilərinin keçdiyi bir yerdir. Bu, əslində BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, İraq və hətta İranın özü üçün dünyaya açılan qapıdır. Hörmüz boğazı vasitəsilə dünya neft ehtiyatlarının 40%-i və Fars körfəzi ölkələrindən xammalın 90%-i keçir.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ İran üzrə xüsusi nümayəndəsindən niyə şübhələndi? - ƏTRAFLI


Orta hesabla bu, sutkada burdan 15-17 milyon, bəzi günlərdə isə hətta 34 milyon barel neft ötürülür. Əgər bu boğaz bir sutkalığa bağlansa, onda neftin qiyməti bir barel üçün 400 dollara qədər yüksələ bilər.

Ona görə də ABŞ hər vasitə ilə İranı boğazdan sıxışdırıb çıxarmaq istəyir. Qeyd edək ki, Hörmüz boğazı və burdakı 3 strateji ada 1971-ci ilə qədər Böyük Britaniyanın müstəmləkəsi altında idi. Lakin, geosiyasi vəziyyətin gərginləşməsi səbəbindən ingilislər 1971-ci ildə bu ərazini tərk etmək məcburiyyətində qaldılar.
Bu ərazilərsə tarixən ərəblərə məxsus olub. Lakin ingilislərin geri çəkilməsini fürsət bilən İran adalara ordu çıxarıb və Hörmüz boğazına nəzarəti ələ keçirib.Artıq 50 ildir ki, bu boğaza nəzarət hesabına İran dünyanın neft bazarına öz təsir imkanlarını saxlayır.

ABŞ Hörmüz boğazında müharibəyə başlayacaqmı?

ABŞ Müdafiə Nazirliyi Hörmüz boğazında mövcudluğunu gücləndirmək qərarına gəlib. Pentaqonun rəhbəri Lloyd Austin artıq iki amfibiya hücum gəmisinin USS Bataan və USS Carter Hall oraya göndərilməsini əmr edib. Bu manevrin rəsmi izahı budur ki, bu, ABŞ İran Fars körfəzində, xüsusən də Hörmüz boğazındakı ərköyünlüyündən narahatdır. Və İranın əlində belə bir təsir imkanlarına dözə bilmir.

ABŞ gəmilərinin göndərməklə bu ərazidə naviqasiya azadlığını təmin etmək və İranın regionda sabitliyi poza biləcək rolunu azaltmaq istəyir. Daha doğrusu, Ağ Ev ingilislərin 1971-ci ildə buraxdığı səhvi düzəltmək və özləri burada möhkəmlənmək istəyir.

Bir neçə gün əvvəl Pentaqonun sözçüsü Sabrina Sinq də qeyd etmişdi ki, “USS Thomas Hudner” gəmisi və “F-35” və “F-16” qırıcıları Hörmüz boğazına gələcək. Hərbi təyyarələr boğazdan keçən gəmilər üçün hava örtüyü təmin edəcək.

ABŞ İranla vəziyyəti gərginləşdirməklə həm də Səudiyyə Ərəbistanı, Küveyt və Əmirlikdəki müttəfiqlərinə də göstərmək istəyir ki, onları İran təhlükəsindən qoruya biləcək yeganə gücdür. Belə bir addım öz növbəsində həm də Çinin  Yaxın Şərqdəki təsir təsir imkanlarını heçə endirməyə hesablanıb.

ABŞ və İran nəyi paylaşa bilmir?

ABŞ və İranın qarşıdurmasına gəlincə, bu, iki faktorla bağlıdır. Birincisi, Vaşinqton Tehranın güclənməsini istəmir. Çünki İran ABŞ-ın regionda dominantlıq planlarının həyata keçirilməsinə mane olur. İran İraq, Fələstin, Livan və Yəməndəki müvəkkilləri vasitəsilə ABŞ-a təzyiq göstərir. Bundan başqa, İran ABŞ-ın nüvə sazişindən çıxmasından və Tehrana qarşı sanksiyalar təzyiqini davam etdirməsindən narazıdır.

Hadisələrin indiki inkişafı ona doğru gedir ki, İranla ABŞ arasında qarşıdurma taktiki deyil, strateji bir hadisədir. Digər tərəfdən, Vaşinqtonun Avropanın Rusiya neftindən asılılığını azaltmaq üçün nüvə sazişinin icrasını sürətləndirəcəyi ilə bağlı xəbərlər yayılıb. Ancaq indi məlum olur ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. 

Bir neçə gün əvvəl Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan “CBS News”a müsahibəsində İranın onunla nüvə sazişini bərpa etmək fikrindən uzaq olduğunu təsdiqləyib.

Hələlik isə Birləşmiş Ştatlar daha aktual vəzifə ilə - Amerika vətəndaşlarının İrandan geri qaytarılması ilə məşğuldur.

ABŞ və İranın ortaq dil tapa bilməməsinin bir sıra səbəbləri var. Bu, təkcə İranın nüvə sazişi üzrə Amerikanın şərtlərinə əməl etmək istəməməsi və Hörmüz körfəzi uğrunda mübarizə ilə bağlı deyil. Burada İsrail amili də nəzərə alınmalıdır.
Təsadüfi deyil ki, ABŞ hərbi gəmi və qırıcılar göndərmək əmrini verdiyi gün Bayden İsrail prezidenti Hersoq ilə danışıqlar aparmışdı. Onlar da təbii ki, İranla bağlı müzakirələr aparıblar. Bəllidir ki, İsrail İranı təhlükə olaraq görür və öz lobbisi vasitəsilə ABŞ ilə İslam Respublikası arasında münasibətlərin normallaşmasına mane olur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO