NİİM-dən maşınların parklanması ilə bağlı sürücülərə MÜRACİƏT - VİDEO 

NİİM-dən maşınların parklanması ilə bağlı sürücülərə MÜRACİƏT - VİDEO 

Hazırda oxunan: NİİM-dən maşınların parklanması ilə bağlı sürücülərə MÜRACİƏT - VİDEO 

148390

“Yaxınlıqda yeraltı və ya yerüstü dayanacaqlar olmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində, eləcə də dayanma və durmanı qadağan edən nişanın təsir zonasında park edirlər. Yollarda sıxlığın yaranmasına səbəb olan növbəti amillərin araşdırılması zamanı məlum olub ki, bir çox sürücülər nəqliyyat vasitələrini dayanacaqlarda park etmək əvəzinə, nədənsə yolun hərəkət hissəsində, xüsusilə də dayanma və durmanın qadağan edildiyi yerlərdə saxlamağa üstünlük verirlər”. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Məlumatda daha sonra deyilir: 

“Məsələn, Nəsimi rayonu ərazisində, “Qış parkı”nın altında Bakının ən böyük yeraltı dayanacaqlarından biri olmasına baxmayaraq, bəzi sürücülər Füzuli küçəsində, yolun hərəkət hissəsində avtomobillərini park edirlər.

Nizami rayonu, Qara Qarayev prospekti, “8-ci kilometr” bazarının yaxınlığında çoxmərtəbəli dayanacaq olmasına baxmayaraq, sürücülərin bir çoxu nəqliyyat vasitələrini dayanacaqda deyil, yolun hərəkət hissəsində saxlayırlar.

Metronun “28 may” və “Koroğlu” stansiyalarının yaxınlığında, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən ticarət mərkəzinin qarşısında və bu kimi digər yerlərdə dayanacaqlar mövcuddur, lakin sürücülər yol hərəkəti qaydalarına əməl etmirlər. 
Göründüyü kimi, bəzi sürücülərin məsuliyyətsizliyi, nəqliyyat vasitələrini parklanma üçün müəyyən edilmiş yerlərdə saxlamaması səbəbindən paytaxtın bir sıra ərazilərində sıxlıq yaranır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən göstərilənləri nəzərə almağı, yeraltı və yerüstü dayanacaqlardan istifadə etməyi xahiş edir”. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO