Müdafiə Nazirliyinin daha 3 polkovniki vəzifəsindən KƏNARLAŞDIRILDI – ÖZƏL  

Müdafiə Nazirliyinin daha 3 polkovniki vəzifəsindən KƏNARLAŞDIRILDI – ÖZƏL  

Hazırda oxunan: Müdafiə Nazirliyinin daha 3 polkovniki vəzifəsindən KƏNARLAŞDIRILDI – ÖZƏL  

148352

Müdafiə Nazirliyinin daha 3 vəzifəli zabitinin işdən azad olunduqları bildirilir.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik  Sarı Xəlilov, Quru Qoşunlarının Əməliyyat idarə rəisi, polkovnik Allahverdi Hacıyev və Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov tutduqları vəzifədən azad olunublar.  
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL   


Onların yaş həddi ilə bağlı tutduları posdan uzaqlaşdırıldığı bildirilir. Belə ki, hər üç polkovinikin yaşı 60-dan çoxdur. 

Əldə etdiyimiz digər məlumata görə, işdən azad edilən polkovniklər bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılan Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovun yaxın adamlarıdır. Hətta Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilovun Nizam Osmanovla sinif yoldaşı olduğu bildirilir.  

Xatırladaq ki, bundan əvvəl də Müdafiə Nazirliyinin 4 yüksək vəzifəli şəxsinin işdən azad olunduğunu xəbər vermişdik. Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev, Müdafiə Nazirliyinin İnspektorlar qrupunun üzvü general-mayor Qədir Nəsibov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov və Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanov tutduqları vəzifədən azad ediliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Nizam Osmanovun vəzifəsindən azad olunması TƏSDİQİNİ TAPDI 


Onlardan ikisinin- Nizam Osmanov və Elxan İbrahimovun vəzifəslərini itirdikləri rəsmi təsdiqini tapıb.  

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etsək də, sorğumuz cavabsız qalıb.  

Qarşı tərəfin və yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO