“Tamamilə aydındır ki, Laçın yolu ilə bağlı məsələ siyasidir. Qarabağdakı “hakimiyyət” (qondarma rejim) status-kvonu saxlamaq istəyir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında gürcü siyasi təhlilçi Gela Vasadze deyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan tırları Laçından maneəsiz keçid edə bilməzlər – HÜQUQİ İZAH
Gürcü analitik ermənilərin Laçın yolundan istifadə etməklə guya humanitar məqsədlərlə Xankəndiyə yardım aparmaq təxribatını şərh edib:
“Azərbaycanın təqdim etdiyi alternativ yoldan istifadə edilməməsi bunun Ermənistanın siyasi maraqlarına uyğun olmaması ilə bağlıdır. Aydındır ki, tədarük Ağdam yolu ilə gedirsə, bu, onlar üçün uğurlu xətt olmayacaq. Deyə bilərəm ki, Qarabağda müharibə bitməyib, davam edir.
Döyüş əməliyyatlarının yeni genişmiqyaslı eskalasiyasına gəlincə, bunun ehtimalı azdır. Yəqin ki, mübarizə diplomatik və informasiya cəbhələrində gərginləşəcək. Dəqiq hədəflərə yönəlmiş hərbi əməliyyat ehtimalı var. Düşünürəm ki, bundan artığı ola bilməz”, - deyə G.Vasadze əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media