Əvvəl dəniz, indi də hovuzlar CAN ALIR – Cavabdeh KİMDİR?

Əvvəl dəniz, indi də hovuzlar CAN ALIR – Cavabdeh KİMDİR?

Hazırda oxunan: Əvvəl dəniz, indi də hovuzlar CAN ALIR – Cavabdeh KİMDİR?

148082

Bu yaxınlarda 3 yaşlı uşağın hovuzda boğulma xəbəri valideyinləri təşvişə saldı. Ümumilikdə isə son zamanlar hovuzda boğulma hallarının sayı artıb. Təkcə ötən həftə, 3 azyaşlı hovuzda boğulub.

Bəzi insanlar hovuzlarda olan təhlükəsizlik sistemindən narazlıq etsə də, bəziləri bunu valideyin nəzarətsizliyi ilə əlaqələndirir.

Bəs belə vəziyyətin yaranmasına hovuzlarda təhlükəsizlik qaydalarının zəif təşkili, yoxsa valideyn məsuliyyətsizliyi səbəb olur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, bütövlükdə Azərbaycanda boğulma məsələsi üzgüçülüyün sənət , idman növü olaraq öyrənilməməsidir. 

“Çox hovuzlar bahalı olduğuna görə valideynlər uşaqlara istəsələr də bunu öyrədə bilmir. Məktəblərdə də bu infrastruktur yoxdur. Başqa ölkələrlə müqayisədə isə bizdə bu sahə yüksək səviyyədədir. Dənizdə boğulan qadınlar, gənc və digər insanlar da çox hallarda üzgüçülüyü yaxşı mənimsəməyən insanlar olur”.

Deputatın sözlərinə görə burda təbii ki, sahibkar müəyyən təhlükəsizlik tədbiri görməlidir, lakin qaydalara əməl etməyənlər də olduqca çoxdur. 

“Hərdən müştəri itirməmək üçün sahibkarlar qayda pozuntusuna  göz yumur, insanların qəlbinə dəymək istəmirlər.

Qadağan olunmasına rəğmən bəzi qapalı yerlərdə siqaret çəkilir, içki içilir bu  çox təhlükəli vəziyyətdir. Təhlükəni anlamayan şəxslər təəssüf ki, bu cür xoşagəlməz halların yaranmasına özləri şərait yaradır ki, bu da təəssüfedici məqamdır. Hər bir halda peşəkar üzgüçülüyün uşaqlara öyrədilməsi məsləhətlidir”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nuralıyevin fikrincə isə hovuzlar olan yerdə mütləq xilasetmə xidməti olmalıdır ki, bu işlə üzməyi bacaran hər kəs deyil, xüsusi təlim keçmiş və sertifikasiyasi olan nəzarətçilər məşğul olmalıdır:

“Hovuzlarda təhlükəsizlik məsələləri həssas mövzudur. Burda həm idman sağlamlıq mərkəzləri, həm də istirahət mərkəzində olan hovuzlardan söhbət gedir. Ona görə təyinatından asılı olmayaraq təhlükəsizlik normalarına riayət etmək lazımdır. Həm hovuzun özünün  xidmətləri, həm də orda istirahət edən şəxslərin də bu qaydalara əməl etməsinə nəzarət edilməlidir. Yəni hovuzda olan şəxs mütləq nəzarətsiz olmamalıdır. 

Həmçinin hovuzun öz standartları var ki,  həm dərinliyə görə, həm sahəsinə görə təyin edilir. Balacalar üçün dərinlik 50-70 sm, böyüklər üçün isə 130-150 sm nəzərdə tutulub. Ümumiyyətlə isə dərinliyi 150 sm-dən, uzunluğu 25 m dən artıq olan hovuzlarda peşəkar üzgüçülərin üzməsinə icazə verilə bilər”.

Ekspert qeyd edib ki, uşaq və böyüklər üçün ayrı hovuzlar olmalı və suda qeyri-normal hərəkətlər edilməməlidir:

“Təəssüfər olsun ki, uşaqlar bəzən böyüklər üçün nəzərdə tutulan hovuzlarda çimirlər. Yəni hətta valideynlər özləri təhlükəyə şəraiti yaradırlar ki, bu yolverilməzdir. Ani bir diqqətsizlik bədbəxt hadisəni qaçılmaz edir. Bəzən isə suda kobud hərəkərlər edirlər ki, bu da olduqca təhlükəlidir. Bəzən bu hal  nəzarətçinin də diqqətini yayındırır, adam yarım metr yaxınında olan boğulmanın belə fərqinə varmır. 

Həmin çaşdırıcı hallar da təəssüf ki diqqət cəlb etmədiydən hec kim ona kömək etmir. Ona görə də hovuzun ölçüsünə uyğun insan sayı nəzərə alınmalıdır.

Sonda ekspert bu məsələdə valideynləri də uşaqlara nəzarət etməyi və tək buraxmamağı tövsiyə edib. Əks halda bədbəxt hadisənin baş vermə riski qaçılmaz olur.

Röyanə Oğuz, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO