Əvvəl antiterror, sonra SÜLH MÜQAVİLƏSİ – Əks halda...

Əvvəl antiterror, sonra SÜLH MÜQAVİLƏSİ – Əks halda...

Hazırda oxunan: Əvvəl antiterror, sonra SÜLH MÜQAVİLƏSİ – Əks halda...

148066

Paşinyan və digər erməni rəsmiləri Laçın keçid-buraxılış məntəqəsinin bağlanması fonunda Qarabağın guya blokadaya alındığı iddialarını ortaya atırlar. Maraqlıdır ki, onlar hətta sözügedən buraxılış məntəqəsi yaradılan zaman da belə cəfəng iddiaları ortaya atmışdılar. 

İndi də ermənilər Qarabağın guya blokadaya alındığını iddia edir, amma Azərbaycan tərəfinin əraziyə yardım üçün Ağdam yolundan istifadə təklifini yaxına belə buraxmırlar. Bu da onu göstərir ki, İrəvan sülhün əldə edilməsində heç də maraqlı deyil.  

Digər tərəfdən, o da bəllidir ki, müvəqqəti olaraq bölgədə yerləşən Rusiya sülhməramlıları separatçılardan öz məqsədləri naminə oyuncaq kimi istifadə etməyə çalışırlar. Burada da məqsəd separatçılardan yararlanaraq Moskvanın bölgədə daha uzun müddətə qalmasına nail olmaqdan ibarətdir. 
 

MÖVZU İLƏ BAĞLI:

DSX-dən Ermənistan tərəfdə planlaşdırılan təxribatla əlaqədar XƏBƏRDARLIQ 


Bir sözlə, Paşinyanın Qarabağın guya blokadada olması iddiası, Rusiyanın separatçıları oyuncaq kimi istifadə etməsi kimi məqamlar onu göstərir ki, Qarabağda antiterror əməliyyatları keçirilmədən sülhə nail olmaq mümkün deyil.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, ermənilər qırmızı xətti keçsələr, antiterror əməliyyatı qaçılmaz olacaq:

“Erməni ideoloqları indi çalışır ki, keçən əsrin 88-ci ilində olan şəraiti yenidən bərpa etmək üçün vəziyyəti sıfır müstəvisinə gətirsinlər. Ona görə də Qarabağdakı erməni azlığının guya təhlükə, risk altında olduğunu uydururlar. Bu mənada onlar yenidən sıfırdan başlayaraq start mövqeyinə çıxıblar, amma köhnə ssenari ilə.

Amma bu, prosesin Azərbaycanın nəzarətində olması imkan verir ki, vaxtında və yerində səlis, düzgün tədbirlər görməklə, başıpozuq separatçılardan həm özümüzü, həm də Qarabağda yaşayan məzlum erməniləri qoruyaq. Qarabağın erməni əhalisi separatçıların girovudur. Onlara qarşı separatçılar amansızlıq və vəhşilik edir. Paşinyan da cəmiyyət qarşısında dividend qazanmaq üçün Azərbaycanda yaşayan ermənilərin bədbəxtçiliyindən qayğılandıqlarını göstərməklə guya əks hücuma keçir. 

Bir tərəfdən, Paşinyan Qarabağ və anklav kəndlər daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Digər tərəfdən də Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi üçün beynəlxalq mexanizmlərin lazım olduğundan dəm vurur. İndi də blokada məsələsini uydurublar. Azərbaycan humanitar yardım üçün alternativ Ağdam-Əsgəran yolunu təklif edib. Amma blokadadan dəm vuran ermənilər buna razılıq vermir. Çünki genosid törədən elə ermənilərin özləridir”. 

Həmsöhbətimiz qeyd edir ki, ermənilər insanları qırdırıb aranı qarışdırmağa çalışır: 

“Erməni ideoloqların qayəsi odur ki, soyqırım siyasətini özləri yeritsin və onun hesabına da dünyadan dəstək alsınlar. Paşinyanın da bu müstəvidə yarıtmaz siyasəti göz önündədir. Ona görə də danışıqlardan nəticə gözləməyinə dəyməz. Ermənilər qırmızı xətti keçsə, yəqin ki, antiterror əməliyyatının alternativi də olmayacaq. Biz zorla onları sülhə məcbur edəcəyik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO