Bu gün səhər saatlarında 54 yaşlı rayon sakini ailə üzvlərinin yanında keçinib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalanın Qazangül qəsəbə sakini, 54 yaşlı Telman Muradov səhər saatlarında ailə üzvləri ilə çay süfrəsi arxasındaykən döş qəfəsində ağrılar müşahidə edib.
Ağrıların getdikcə şiddətləndiyini görən ailə üzvləri evə Təcili Tibbi Yardım çağırıb. Həkimlər onlara yetişənə kimi Telman Muradov ağrılara dözməyək keçinib.
Həkimlərin ilkin rəyinə görə, mərhumun qan təzyiqi aşağı enib, həmçinin güclü ürək ağrıları baş verib. Nəticədə o qısa müddətdə keçinib. Fakt araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:50 / 25.07.2023
Zaqatalada 54 yaşlı kişi qəfil ÖLDÜ
Hazırda oxunan: Zaqatalada 54 yaşlı kişi qəfil ÖLDÜ
Hazırda oxunan: Zaqatalada 54 yaşlı kişi qəfil ÖLDÜ
147847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.