Qəbələdə əcnəbilərin iştirakı ilə ağır QƏZA: 94 yaşlı qadın ÖLDÜ  

Qəbələdə əcnəbilərin iştirakı ilə ağır QƏZA: 94 yaşlı qadın ÖLDÜ  

Hazırda oxunan: Qəbələdə əcnəbilərin iştirakı ilə ağır QƏZA: 94 yaşlı qadın ÖLDÜ  

147845

Qəbələnin Nic qəsəbəsində yol kənarında dayanan yaşlı qadını maşın vurub.  

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, 94 yaşlı qəsəbə sakini Arşalus Leyliya yol kənarında maşın gözləyən zaman yaxınlıqdan sürətlə keçən digər avtomobil tərəfindən vurulub. 

Hadisəni törədən sürücü də qəsəbə sakini Arvid Meştaridir. O, idarə etdiyi "VAZ 2107" markalı avtomobillə piyadanı vurandan sonra ona ilkin tibbi yardımı da özü göstərib.

Qəsəbə sakinləri hadisə yerinə Təcili Tibbi Yardım xidməti çağırsalar da, həkim briqadası yetişənə kimi qadın keçinib. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam edir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO