Mədət Quliyev Türkiyədən təcili qayıdaraq Şirvana gedib

Mədət Quliyev Türkiyədən təcili qayıdaraq Şirvana gedib

Hazırda oxunan: Mədət Quliyev Türkiyədən təcili qayıdaraq Şirvana gedib

147801

İDEF-2023 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev nazirliyin zavodunda baş vermiş partlayışla əlaqədar Bakıya qayıdıb və təcili olaraq Şirvana gedib.  

Bizim.Media xəbər verir ki, bu barədə haqqin.az-a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.

O bildirib ki, Mədət Quliyev və nazirliyin əməkdaşları, eləcə də Şirvan şəhər prokuroru Kamal Talıbov və icra hakimiyyətinin başçısı İlqar Abbasov hadisə yerində olub, hadisə ilə bağlı ətraflı məlumat alıblar. 

Onlar hadisə zamanı xəsarət alan Səbinə Şəkərovaya da xəstəxanada baş çəkiblər və həkimlər qadının vəziyyətini onlara danışıblar. 

Daha sonra Mədət Quliyev zavodda baş vermiş partlayış nəticəsində həlak olan Mehman Əhmədovun yaxınları ilə görüşüb, onlara başsağlığı verib. 

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şirvan-Araz Zavodu” MMC-də aralıq partlayıcı reduktorun sıxılması zamanı partlayış baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 1 nəfər isə qolundan yaralanmışdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO