Hava şəraiti ilə bağlı çimərliklərə əlavə polis gətirildi - FOTO

Hava şəraiti ilə bağlı çimərliklərə əlavə polis gətirildi - FOTO

Hazırda oxunan: Hava şəraiti ilə bağlı çimərliklərə əlavə polis gətirildi - FOTO

147620

Hava şəraiti ilə əlaqədar əhalinin çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər çıxarılıb.

Respublikanın bütün turizm zonalarına — çimərliklərə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları təhkim olunub.
Köməyə ehtiyacı olan şəxslərə çağırışlar üzrə operativ köməkliklər göstərilib, müvafiq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib.

Hazırda xidmət davam etdirilir.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO