Cənubi Afrika Prezidenti Makronu sammitə dəvət etmədi

Cənubi Afrika Prezidenti Makronu sammitə dəvət etmədi

Hazırda oxunan: Cənubi Afrika Prezidenti Makronu sammitə dəvət etmədi

147602

Fransa Prezidenti Emmanuel Makron BRİKS sammitində iştirak etmək istəsə də, tədbirə dəvət almayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “News 24” xəbər portalı məlumat yayıb.

Qeyd edilib ki, Cənubi Afrika Prezidenti Siril Ramaposa BRİKS-in sədri kimi 70 ölkənin liderinə dəvət göndərib, lakin nə Fransa, nə də ABŞ və Böyük Britaniya liderləri dəvət olunanlar arasında olmayıb.
Avqustda Yohannesburqda keçiriləcək BRİKS sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında Afrikanın 54 ölkəsinin lideri də var.

Sammit zamanı Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələri liderlərinin bütün iclaslarında onlayn iştirak edəcək.

BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək.

Cənubi Afrikanın hazırkı BRİKS-ə sədrliyi ardıcıl üçüncü ildir. 2024-cü ildə BRİKS-ə sədrlik Rusiyaya keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO