Hacıqabulda 2 yük maşını toqquşdu - XƏSARƏT ALAN VAR

Hacıqabulda 2 yük maşını toqquşdu - XƏSARƏT ALAN VAR

Hazırda oxunan: Hacıqabulda 2 yük maşını toqquşdu - XƏSARƏT ALAN VAR

147598

Hacıqabulda ağır qəza olub. Hadisə Bakı-Qazax yolunun 153-cü km-də, rayonun Padar qəsəbəsi ərazisindən  keçən hissəsində qeydə alınıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, belə ki,  Şəmkir rayon sakini, 31 yaşlı Ömürlü Yusif Təbiət oğlunun idarə etdiyi FORD markalı yük maşını qarşısında hərəkətdə olan Füzuli rayon sakini, 36 yaşlı Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi DAF markalı yük maşınının qoşqusuna çırpılıb.

Nəticədə FORD markalı avtomaşının sürücüsü Ömürlü Yusif Təbiət oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO