Qazaxıstanlı 20 yaşlı dicey

Qazaxıstanlı 20 yaşlı dicey "Qremmi" mükafatı aldı – Peşəkar musiqiçi deyil - VİDEO

Hazırda oxunan: Qazaxıstanlı 20 yaşlı dicey "Qremmi" mükafatı aldı – Peşəkar musiqiçi deyil - VİDEO

14750

Qazaxıstanlı 20 yaşlı dicey İmanbek Zeykenov "Qremmi" mükafatı alıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Mənbə yazır ki, İmanbek təxəllüsü ilə tanınan dicey reper SAINt JHN-un "Roses" mahnısının remeykinə görə mükafata sahib olub.

Qazaxıstanda dəmiryolu kollecində oxuyan İmanbek peşəkar musiqiçi deyil. Onun "Roses" mahnısına hazırladığı remeykə Youtube-da milyonlarla baxış olub və o, U.S. Billboard Hot 100-in beşliyinə düşüb.

Mayda isə Britaniya hit-paradına liderlik edib.

Gənc oğlanın bu uğurundan sonra Rusiyanın Effective Records səsyazma şirkəti onunla müqavilə bağlayıb.

“Qremmi” mükafatının əsas təqdimetmə mərasimi Bakı vaxtı ilə bu gecə keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO