İşğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadə olunması mexanizmi tətbiq olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter” hesabında məlumat verib.
“Qarabağ iqtisadi rayonunda daha bir yenilik! Azərbaycanda ilk dəfə işğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadə olunması mexanizmi tətbiq olunur. Bu həm ekoloji, həm də iqtisadi səmərədir!”, -deyə o qeyd edib.
Qarabağ İR-da daha bir yenilik! ?? - da ilk dəfə işğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadə olunması mexanizmi tətbiq olunur. Bu həm ekoloji, həm də iqtisadi səmərədir!#Qarabağ pic.twitter.com/nFzLCNis0H
— Emin Huseynov (@Emin_H_official) July 21, 2023
Bizim.Media