Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın nəticəsində ümumi sahəsi 390kv.m. olan ikimərtəbəli yaşayış binasında vətəndaşa məxsus 1-ci mərtəbədə 3 otaq, 2-ci mərtəbədə 2 otaq olmaqla ümumilikdə 191kv.m sahədə 5 otaqlı mənzilin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi və qonşu tikililər yanğından mühafizə edilib.
Bizim.Media