İlham Əliyev: “Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir” - VİDEO 

İlham Əliyev: “Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir” - VİDEO 

Hazırda oxunan: İlham Əliyev: “Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir” - VİDEO 

147394

“Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir. Bir müddət əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. 

“Bununla yanaşı, biz Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə sıx əlaqədəyik. Mən artıq bunu qeyd etmişəm, COVID dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir”, - deyən dövlətimizin başçısı bu günə qədər siyasi müstəvidə olduğu kimi, iqtisadi-ticari sahədə də Afrika ölkələri ilə əlaqələrin o qədər də yüksək səviyyədə olmadığını vurğulayıb. 
“Bunun yəqin ki, təbii səbəbləri var və hesab edirəm ki, təmaslar daha sıx olduqca, bu istiqamətdə də imkanlar dəyərləndiriləcək. Hər halda, biz buna maraqlıyıq”, - deyə Prezident qeyd edib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO