“Zirə” Türkiyə klubu ilə heç-heçə etdi

“Zirə” Türkiyə klubu ilə heç-heçə etdi

Hazırda oxunan: “Zirə” Türkiyə klubu ilə heç-heçə etdi

147391

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.  

Bizim.Media xəbər verir ki, komanda “Fatih Karagümrük”lə qarşılaşıb.  

“Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçirilən oyun qolsuz yekunlaşıb.  

Xatırladaq ki, “Fatih Karagümrük”lə Türkiyə Superliqasında mübarizə aparır. “Zirə” Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək. Türkiyə 1-ci liqasında mübarizə aparan “Qaziantep”lə qarşılaşacaq komandanın sonuncu rəqibi hələlik məlum deyil.  
Paytaxt təmsilçisi Bakıdakı toplanışı çərçivəsində "Kəpəz"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO