Ramana və Kürdəxanıdakı mənzillərin satışı YEKUNLAŞDI

Ramana və Kürdəxanıdakı mənzillərin satışı YEKUNLAŞDI

Hazırda oxunan: Ramana və Kürdəxanıdakı mənzillərin satışı YEKUNLAŞDI

147206

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında satışa çıxarılan mənzillərin satışı davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, qeyd edilən yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn aparılır.

Artıq paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində yerləşən komplekslərdəki mənzillərin satışı yekunlaşıb.

Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.

Hazırda digər mənzillərin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir. Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.

Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.
Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Samux rayonunda yerləşən mənzillər hər kvadratmetr üçün 435, Qaradağ rayonundakı Ümid qəsəbəsində 700, Abşeron rayonunda isə 780 azn-dən başlayan qiymətlərlə satışa çıxarılıb.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO