Ağdamda Milli Mətbuat Günü qeyd OLUNDU - FOTO

Ağdamda Milli Mətbuat Günü qeyd OLUNDU - FOTO

Hazırda oxunan: Ağdamda Milli Mətbuat Günü qeyd OLUNDU - FOTO

147181

Ağdamda 22 iyun - Milli Mətbuat günü münasibətilə tədbir keçirilib. 

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.  

Dəyirmi masaya müxtəlif media qurumlarının bölgələrdə çalışan əməkdaşları da dəvət edilib.

Ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə start götürən tədbirdə rayon rəhbəri Vaqif Həsənov və digər natiqlər çıxış edib. 

Çıxışlar zamanı Azərbaycan mətbuatının keçdiyini inkişaf yolundan geniş söhbət açılıb. Ölkə rəhbərinin mediaya göstərdiyi xüsusi diqqət və qayğının məhz mətbuatın inkişafına böyük töhfə verdiyi bildirilib.  

Tədbirdə dəvət olunan bir qrup jurnalist rayon icra hakimiyyəti tərəfindən mükafata layiq görülüb.

Heydər Əliyev mərkəzində baş tutan tədbirin sonunda xatirə şəkilləri çəkilib.







Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO