Arayik Arutyunyan hansı sərt addımlardan danışır?

Arayik Arutyunyan hansı sərt addımlardan danışır?

Hazırda oxunan: Arayik Arutyunyan hansı sərt addımlardan danışır?

146989

Qarabağdakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyan bazar ertəsi axşam videomüraciətində Xankəndinin İntibah meydanında etiraz aksiyasına başladığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu mövzu ilə bağlı Ermənistanın “Hraparak” qəzeti Xankəndidən informasiya əldə edib. 

"Bu, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, onu öhdəliklərini yerinə yetirməyə çağırmaq, erməni xalqını və bütün dostlarımızı aktiv və təcili hərəkətə keçməyə sövq etmək üçün əlavə səydir", - deyə Arayik Arutyunyan deyib və əlavə edib ki, əgər Qarabağdakı vəziyyət az-çox normal məcraya qayıtmasa, daha sərt addımlara əl atacaq. 

Onun videomüraciətindən sonra qondarma rejimin "parlament" sədri Artur Tovmasyan təcili iclas çağırıb. Orada bütün fraksiyaların rəhbərləri və bəzi deputatlar iştirak ediblər. 

Gecə yarısından sonra onlar mərkəzi meydanda əyləşən Arayik Arutyunyanı ziyarət ediblər. Parlamentarilər onun bu addımı ilə nəyə nail olacağını anlamağa çalışıblar. 

Arutyunyan cavab verib ki, başqa yol yoxdur, bacardığı hər kəsə məktublar yazır:

"Cavab vermirlər, vəziyyət ağırdır. Ona görə də bu yolla diqqəti cəlb etmək qərarına gəldim".
Müxalifət eyham vurub ki, o, ilk növbədə nəyəsə nail olmaq üçün Ermənistan hakimiyyətindən tələb etməlidir. 

Arayik xatırladıb ki,  onun videomüraciətində Ermənistan hakimiyyətinə də tələbin ünvanlandığı yazılıb. 

"Deputatlar" "rəhbəri"n daha hansı sərt tədbirlərə eyham vurduğunu soruşublar, lakin Arutyunyan təfərrüatları açıqlamayıb, sadəcə olaraq, başqa hərəkətlər planlaşdırdığını deyib.

Yeri gəlmişkən, görəsən Arayik Arutyunyan Azərbaycan ərazisində hansı sərt addımlar atacaq?

Hər tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin əhatəsində olan baş separatçı yəqin 2020-ci ilin payızını unudub. Unudubsa, xatırlada bilərik. Dəmir yumruq yerindədir və hər an təkcə Qarabağda deyil, Ermənistanla şərti sərhəddə də ermənilərin başını əzə və torpağa gömə bilər. Onsuz da Arayik Arutyunyan rəsmi Bakı tərəfindən beynəlxalq axtarışa verilib. Onun Qarabağdakı hər addımı PUA-larla nəzarətə götürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO