Koronavirusla bağlı bir sıra məhdudiyyətlər ləğv edilir

Koronavirusla bağlı bir sıra məhdudiyyətlər ləğv edilir

Hazırda oxunan: Koronavirusla bağlı bir sıra məhdudiyyətlər ləğv edilir

14685

Sabahdan Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) bağlı bir sıra məhdudiyyətlər ləğv edilir.

Bizim.Media xəbər verir ki, sabahdan idman zalları və fitnes mərkəzləri açılır, ali təhsil müəssisələrində və kolleclərdə tam əyani təhsilə, auditoriyalarda mühazirələr oxunmasına icazə verilir.

 

MÖVZU İLƏ BAĞLI:

Yoluxma rəqəmləri şişirdilir? – “Əslində gerçək yoluxma sayı qat-qat çoxdur, gizlədilir” - HƏKİM


Məktəblərdə dərnəklər də bazar ertəsindən fəaliyyətə başlayır. Teatr, idman klubları və peşəkar ansambllar da sabahdan məşqlərə başlaya biləcək, aprelin 1-dən isə tam fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, Gürcüstanda mərhələli şəkildə məhdudiyyətlərin qaldırılması barədə planı fevralın 24-də Baş nazir İrakli Qaribaşvili açıqlayıb.

Martın 1-dən məktəbəqədər hazırlıq kurslarının, özəl və ictimai uşaq bağçalarının fəaliyyəti bərpa edilib, martın 8-dən isə xizək turizmi obyektləri açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO