“Neftçi”nin yeni transferi bu qədər MAAŞ ALACAQ 

“Neftçi”nin yeni transferi bu qədər MAAŞ ALACAQ 

Hazırda oxunan: “Neftçi”nin yeni transferi bu qədər MAAŞ ALACAQ 

146839

Rumıniya mətbuatı "ÇFR Kluj"dan "Neftçi"yə keçəcək Yuri Matiasın Azərbaycanda qazanacağı məvacibi açıqlayıb. 

Bizim.Media "Prosport"a istinadən xəbər verir ki, braziliyalı futbolçu ayda 18 min avro (təxminən 34 min 400 manat) maaş alacaq. 

Matias artıq paytaxt təmsilçisinin düşərgəsinə qoşulub. "Neftçi" yaxın vaxtlarda onunla müqavilə imzaladığını rəsmən elan edəcək. 

28 yaşlı müdafiəçi “Akademika de Koimbra”, “Traktor”, “Qaz Metan” klublarında oynadıqdan sonra 2022-ci ildə “ÇFR Kluj”a keçib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO