Tatlısəs: “Bankın müdiri icazəsiz kredit kartımla uşaq bezi və qida alıb” - VİDEO

Tatlısəs: “Bankın müdiri icazəsiz kredit kartımla uşaq bezi və qida alıb” - VİDEO

Hazırda oxunan: Tatlısəs: “Bankın müdiri icazəsiz kredit kartımla uşaq bezi və qida alıb” - VİDEO

146799

Türk sənət musiqisinin “imperator”u İbrahim Tatlısəsin açıqlaması ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, məkanların birində çıxış edən 71 yaşlı sənətkar əməkdaşlıq etdiyi bankın rəhbərlərinin onun kartından icazəsiz istifadə edərək uşaq bezi və müxtəlif qidalar aldığını vurğulayıb. 

“Böyük İbrahim Tatlısəsin kredit kartı yoxdur. Niyə? Şirkət tərəfindən dələduzluqla qarşılaşdım. Müdirlərinin kredit kartı var, mənimkini istifadə edirdilər. 5-ci Leventdə (İstanbul şəhərində yerləşən küçə - red.) ondan istifadə edirlər, amma mən İzmirdəyəm.
Kredit kartımdan nələr alınıb? Uşaq bezi və uşaq qidası. Sanki dayəyəm. Heç birini bağışlamayacağam. Onları günahım qədər sevmirəm. Bilirəm, Allah da bağışlamayacaq. Allah onların cəzasını versin”, - deyə Tatlısəs qeyd edib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO