Çexiya azərbaycanlı kriminal avtoriteti ABŞ-a ekstradisiya edəcək

Çexiya azərbaycanlı kriminal avtoriteti ABŞ-a ekstradisiya edəcək

Hazırda oxunan: Çexiya azərbaycanlı kriminal avtoriteti ABŞ-a ekstradisiya edəcək

146793

Çexiyanın ədliyyə naziri Pavel Blajek respublikada saxlanılan Gürcüstan vətəndaşı olan azərbaycanlı kriminal avtoritet Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Çexiyanın “Pravo” nəşri yazıb.

Mənbə qeyd edir ki, Ömərovun ekstradisiyası prosesi yaxın bir neçə gün ərzində həyata keçirilməlidir. 

Polad Ömərov beynəlxalq həbs qərarı əsasında yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir. 

Onun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.

Praqa şəhər məhkəməsi mayın sonunda Ömərovun ABŞ-a ekstradisiya edilməsi barədə qərar çıxarıb. 

O cümlədən Gürcüstan və Qazaxıstan da kriminal avtoritetin cinayət məsuliyyətinə cəlb olunması üçün Çexiyadan ekstradisiyasını xahiş etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO