Xəbər verdiyimiz kimi, aparıcı Çinarə Əliyeva və plastik cərrah Ruslan Rəsulun toyudur.
Bizim.Media xəbər verir ki, oğlan evi məclisdən əvvəl televiziya ulduzunun yaşadığı dəbdəbəli villasına gələrək, onu aparmağa gəlib.
Həyacanlı olduğunu dilə gətirən Çinarə həyat yoldaşı Ruslanı evinin mətbəxində gözləyib.
Daha sonra Anası Çinarənin əlindən tutaraq "xeyir-dua" verib:
"Çinarəni çox bəyəndim. Allah balamı xoşbəxt eləsin. Bütün subaylar üçün olsun. Bir ömür boyu Ruslanla xoşbəxt yaşasınlar. Biz də onlarla fəxr edək.
Daha sonra aşiqlər qonaqlarla birgə qonaq otağına toplaşıblar. Aparıcı bildirib ki, bu axşam o, üç gəlinlik dəyişəcək. Gəlinliklərin hamısı xüsusi olaraq hazırlanıb və əl işidir. Həmçinin Çinarə vurğulayıb ki, üç gəlinlik ona 45 min manata başa gəlib.
Sonra qonaqlarla birgə həyətə düşən bəy və gəlin mahnı sədaları altında qol qaldırıb rəqs ediblər.
Bundan sonra cütlük qonaqlarla toy məclisinin keçirildiyi restorana yollanıblar.
Rəşad Əliyev, Bizim.Media