Bakının Xətai rayonunda, Əhmədli qəsəbəsinin Telnov küçəsi-5-də ağac aşıb. Nəticədə 8 binaya gedən yol bağlanıb. Hadisə 18.45 radələrində baş verib.
Bununla bağlı fotoları Bizim.Media-nın ərazidə olan əməkdaşı lentə alıb.
Onun sözlərinə görə, ağac qaz və rabitə xətlərini zədələyib.
Ağac aşan həyətin sakinləri bildiriblər ki, təxminən 9 hündürmərtəbəli binalar olan Telnov-5 ünvanında çoxlu sayda təhlükəli ağaclar var, bəziləri 110 kv elektrik xətlərinə çırpılır:
“Dəfələrlə Xətai rayon icra hakimiyyətinə və Yaşıllaşdırma idarəsinə müraciətlər etsək də təhlükəli ağaclarla bağlı heç bir tədbir görülməyib. İnsanların həyatı üçün təhlükə qalmaqdadır”.
![](http://ssl.bizim.media/file/articles/2023/07/17/1689606928_photo_2023-07-17_18-11-49.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/07/17/1689606869_photo_2023-07-16_23-40-55.jpg)
Bizim.Media