Ermənistanın Naxçıvanı atəşə tutmasının SƏBƏBLƏRİ – “Azərbaycanı əks-hücuma təhrik edirlər”

Ermənistanın Naxçıvanı atəşə tutmasının SƏBƏBLƏRİ – “Azərbaycanı əks-hücuma təhrik edirlər”

Hazırda oxunan: Ermənistanın Naxçıvanı atəşə tutmasının SƏBƏBLƏRİ – “Azərbaycanı əks-hücuma təhrik edirlər”

146657

Son həftələr Ermənistan Naxçıvanı mütəmadi olaraq atəşə tutur. İyulun 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan hərbçiləri Arazdəyən bölgəsindəki mövqelərdən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Anoloji vəziyyət son günlərdə də baş verib. 

Son həftə ərzində Naxçıvanın Ermənistan tərəfindən mütəmadi olaraq atəşə tutulmasının səbəbi nədir?

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Ermənistan bununla vəziyyəti gərginləşdirmək və belədə Azərbaycanı əks-hücuma təhrik etdirmək istəyir: 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvan istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU


“Ermənistanın son zamanlar Naxçıvan istiqamətində atəşkəsi mütəmadi olaraq pozması daha çox qabaqdangəlmişlik taktikasının tərkib hissəsidir. Ermənilər bu minvalla çalışır ki, vəziyyəti gərginləşdirsinlər və belədə Azərbaycanı əks-hücuma təhrik etsinlər. Ermənistan daxilində müharibə istəyən qüvvələr həddən artıq çoxdur. Paris isə Ermənistana hərbi dəstəyin göndərilməsini tezləşdirməyi gündəmə gətirib. 

Bu proseslər ondan xəbər verir ki, ermənilər müharibə şəraitini gündəmə gətirməyə çalışır. İrəvan daha Rusiyaya ümid etmir. Onun ümid yeri artıq Hindistan, Fransa və İrandır. Paşinyanın şəxsi mövqeyi də qeyri-müəyyəndir. O, bütövlükdə vəziyyətə nəzarət edə bilmir. O ölkədə cərəyan edən prosesləri kifayət qədər nəzarət etmək mexanizminə malik deyil. 

Əksinə, Paşinyan boşluqlara yol verir ki, rəqibləri də ondan istifadə edərək, baş nazirə təzyiqlər edirlər.

Onlar vəziyyəti çalxalamaqda maraqlıdırlar. Bu qüvvələr ümid edir ki, müharibə şəraiti yaranarsa, xarici qüvvələr hesabına guya Ermənistan köklü üstünlük əldə edə bilər. Ancaq bu olmayacaq. Azərbaycan üçün gündəmdə olan daha vacib məsələ antiterror əməliyyatıdır.

Ermənistanın təxribatları ona heç bir xeyir gətirməyəcək. Əksinə, özlərinin ağır vəziyyətlərini daha da kəskinləşdirəcəklər”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO