TƏBİB son 6 ayda nə iş görüb? - Vüqar Qurbanovdan AÇIQLAMA  

TƏBİB son 6 ayda nə iş görüb? - Vüqar Qurbanovdan AÇIQLAMA  

Hazırda oxunan: TƏBİB son 6 ayda nə iş görüb? - Vüqar Qurbanovdan AÇIQLAMA  

146640

“Qarabağımızın yenidən qurulması çərçivəsində bu ilin yanvarında Ağalı kəndinə köçürüləcək 20 ailənin, 94 nəfərin 3 müəssisədə tibbi müayinəsi təşkili edilib”.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qeyd edib. 

Onun sözlərinə görə apreldə Laçın şəhərinə köçürüləcək 1203 vətəndaşın ölkənin 26 tibb müəssisəsində müayinəsi icra olunub:

“Eyni zamanda, Laçın Rayon Mərkəzi Xəstəxanasının strukturunda Laçın Ailə Sağlamlıq Mərkəzi, Tərtər Rayon Mərkəzi Xəstəxanasının strukturunda Talış Ailə Sağlamlıq Mərkəzi yaradılıb. Bundan başqa, bir sıra tabeli tibb müəssisələrində təmir-bərpa işləri aparılıb, yeni şöbələr istifadəyə verilib. Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılışı baş tutub”.

Vüqar Qurbanov bildirib ki, fevral ayında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub və hazırda Şəki, Şirvan kimi bölgələrdə də belə şöbələr yaradılır:

"Xətai Tibb Mərkəzində doğum və ginekologiya şöbələri, Nizami Tibb Mərkəzində cərrahiyyə şöbəsi istifadəyə verilib. İmmunlaşdırma ilə bağlı fəaliyyət davam etdirilib. Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə fevral-may aylarında Qobustan, Yevlax, Göygöl və Mingəçevirdə “İmmunlaşdırma həftəsi” keçirilib”. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO