Uimbildonda finalçılar bəlli oldu

Uimbildonda finalçılar bəlli oldu

Hazırda oxunan: Uimbildonda finalçılar bəlli oldu

146381

Tennis üzrə Uimbldon turnirində kişilərin mübarizəsində də finalçılar məlum olub. 

Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsində korta ilk olaraq Yannik Sinnerlə Novak Cokoviç çıxıb.

Ot örtükdə çox güclü olan italyan tennisçi məşhur rəqibinə müqavimət göstərə bilməyib. Ötən il olduğu kimi bu il də serb tennisçi qələbə qazanıb – 6:3, 6:4, 7:6. Xatırladaq ki, keçən il Cokoviç Sinneri 3:2 hesabı ilə məğlub etmişdi.

Digər yarımfinalda dünyanın bir nömrəli tennisçisi Karlos Alkarasla rusiyalı Daniil Medvedev qarşılaşıb. Bu oyun da 3 setlə yekunlaşıb. İspan tennisçi hər 3 setdə 6:3 hesabı ilə qalib gəlib.

Beləliklə, bazar günü baş tutacaq finalda Cokoviç ilə Alkaras qarşılaşacaq. Qadınların bugünkü finalında isə çex Vondrouşova ilə tunisli Caber üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO